Niderland millisinin hücumçusu Memfis Depay komandasının Millətlər Liqasında Uels üzərində 3:2 hesablı qələbəsinə son dəqiqə qolu ilə töhfə verib.
Apasport.az saytının məlumatına görə, qalibiyyət topunun müəllifi olan “Barselona”nın forvardı “narıncılar”ın heyətində 42-ci dəfə fərqlənib.
Bununla o, Klas-Yan Huntelaarla qol sayını bərabərləşdirərək yığma tarixinin ən məhsuldar ikinci oyunçusuna çevrilib. İndi Depay yalnız Robin van Persidən geri qalır. Van Persinin aktivində 50 qol var.
Qeyd edək ki, Niderland yığması Millətlər Liqasında 4 turdan sonra 10 xalla 4-cü qrupa başçılıq edir.
- İdmançılarımız Fransada təlim-məşq toplanışına qatılacaqlar
- Əliyar Ağayev Çempionlar Liqasına təyinat alıb
- “Sumqayıt” “Neftçi”ni məğlub etdi - YENİLƏNİB
- Cahangir Həsənzadə: “Neftçi” “Qarabağ”a qarşı əsl gücünü göstərməlidir” - MÜSAHİBƏ
- Azərbaycan kamandan oxatma tarixində ilk: Fərid Xəlilov WAE komitəsinə seçildi