Millidən səfər qələbəsi
26.09.2023 - 22:04
![Millidən səfər qələbəsi](https://apasport.az/storage/news/2023/september/26/big/65131d207c9e165131d207c9e2169575145665131d207c9df65131d207c9e0.jpg)
Qadın futbolçulardan ibarət Azərbaycan yığması UEFA Millətlər Liqasında qələbə qazanıb.
Apasport.az saytı xəbər veri ki, millimiz səfərdə Monteneqronu məğlub edib.
C Liqasında yarışan Siyasət Əsgərovun yetirmələri rəqibi 1:0 hesabı ilə üstələyiblər. Qarşılaşmanın taleyini həll edən qol matçın 88-ci dəqiqəsində vurulub. Yığmanın heyətində Nazlıcan Parlaq fərqlənib.
Qeyd edək ki, Azərbaycan millisi qrupun ilk görüşündə Bakıda Kiprlə (1:1) heç-heçə oynamışdı.
0
0