Millimiz 2 yoldaşlıq görüşü keçirəcək
26.08.2024 - 16:14
Azərbaycanın futzal millisi AVRO-2026-nın əsas mərhələsinə hazırlıq məqsədi ilə 2 beynəlxalq yoldaşlıq oyunu keçirəcək.
Apasport.az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda sentyabrın 19-da və 20-də Çexiya yığması ilə gücünü sınayacaq.
Hər iki oyun Zlin şəhərində keçiriləcək.
Qeyd edək ki, millimiz Avropa çempionatının əsas mərhələsində İsveç, Xorvatiya və Yunanıstanla qarşılaşacaq.
- Çempionlar Liqasında 5 qarşılaşma: Pley-offa ilk addım
- “Zirə”nin futbolçusu Premyer Liqada 100 oyun keçirən ilk yunan oldu
- “Sportinq” 24 yaşlı oyunçusu ilə yeni müqavilə imzalayıb
- “Çelsi”nin transferlər üçün ayıracağı məbləğ açıqlandı
- Marko Rossi: “Azərbaycana qarşı oynamaq bizim üçün asan olmayacaq”
0
0