Millimiz Avropa çempionatında ilk matçına çıxacaq
23.07.2024 - 09:18

Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Kosovonun paytaxtı Priştinada təşkil olunan Avropa çempionatının C divizionunda bu gün ilk matçına çıxacaq.
Apasport.az xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi komanda yer aldığı B qrupunda Albaniya ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan yığması qrupda Albaniya ilə yanaşı, Gürcüstan və Ermənistanla mübarizə aparacaq. Milli növbəti oyunlarını iyulun 24-də Gürcüstana, 25-də isə Ermənistana qarşı keçirəcək.
- “Fənərbaxça”nın futbolçusu tualetlə bərbərxananı səhv saldı
- Daha 2 cüdoçumuz Avropa çempionatında mübarizəyə başlayacaq
- Adil Şükürov: “Əsas məqsədimiz komandanı Premyer Liqada saxlamaqdır" - MÜSAHİBƏ
- Azərbaycan nümayəndələri Etnosport Forumunda iştirak ediblər
- Keyn keçmiş komandasına qarşı oynamayacaq
0
0