Millimiz Avropa çempionatında qrupdakı son matçında məğlub olub
17.07.2024 - 22:37
![Millimiz Avropa çempionatında qrupdakı son matçında məğlub olub](https://apasport.az/storage/news/2024/july/17/big/669813d3e9b7d669813d3e9b7e1721242579669813d3e9b7b669813d3e9b7c.jpg)
Azərbaycanın 20 yaşadək oğlan basketbolçulardan millimiz Avropa çempionatının B divizionunda son matçına çıxıb.
Apasport.az xəbər verir ki, B qrupunda yer alan ispaniyalı mütəxəssis Alberto Blankonun rəhbərlik etdiyi komanda Niderland yığması ilə qarşılaşıb.
Rumıniyadakı "Pitesti Arena"da keçirilən görüş rəqibin 109:60 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, millimiz buna qədər keçirdiyi oyunlarda Portuqaliyaya 34:90, Böyük Britaniyaya 51:97, İrlandiyaya 58:61 hesabı ilə uduzub.
0
0