Bundesliqa klubunda yeni baş məşqçi
27.10.2022 - 14:05
Almaniyanın “Şalke” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, bunu Bundesliqa təmsilçisinin mətbuat xidməti açıqlayıb.
Helzenkirhen klubunu Tomas Rays çalışdıracaq. 49 yaşlı mütəxəssis bu gün komandanı ilk məşqə çıxaracaq.
Raysın “Bohum”dakı köməkçisi Markus Gellhaus da “Şalke”də çalışacaq. Baş məşqçi ilə müqavilə 2024-cü ilin yayında başa çatacaq.
Qeyd edək ki, Bundesliqa klubu ötən həftə Frank Krameri istefaya göndərib.
- Azərbaycan millisi “Strandja” beynəlxalq turnirinə yollandı
- Ayxan Abbasov: “Çempionat gərgin keçəcək”
- Ağırlıqqaldırma Federasiyasının prezidenti: “İrəvanda Azərbaycan bayrağına qarşı edilmiş hərəkət bizi çox məyus etdi”
- "Benfika"nın müdafiəçisi "Real"ın hədəfində
- “Qarabağ”ın təşkilatçılığı ilə Milli Mətbuatın 150 illiyinə həsr olunan futbol turniri keçirilib - FOTO
0
0