![Millimiz Gürcüstan yığması ilə heç-heçə edib](https://apasport.az/storage/news/2024/february/28/big/65df26f21fe0965df26f21fe0a170912331465df26f21fe0765df26f21fe08.jpg)
Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanda yerli komandayla yoldaşlıq görüşündə iştirak edir.
Azərbaycan Şahmat Federasiyasından apasport.az-a verilən məlumata görə, Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət yığma ilk oyun günündə ağ fiqurlarla mübarizə aparıb.
Bütün partiyalar heç-heçə başa çatıb - 2,5:2,5.
Razılaşmaya əsasən, şahmatçılar 5 tur çərçivəsində bir-biriylə mübarizə aparacaq.
Qeyd edək ki, qarşılaşma rəsmi xarakter daşıyır. Nəticələr FIDE reytinqinə hesablanacaq. Yoldaşlıq görüşü millinin Ümumdünya Şahmat Olimpiadasına hazırlıq proqramının bir hissəsidir.