Millimiz Gürcüstana məğlub olub
07.09.2026 - 00:33
Millimiz Gürcüstana məğlub olub

17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Gürcüstanın yığması ilə ilk yoldaşlıq oyununu keçirib.

Apasport.az xəbər verir ki, “Dalğa Arena”nın ehtiyat meydançasında keçirilən qarşılaşma rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, komandalar arasında ikinci yoldaşlıq oyunu sentyabrın 9-da saat 11:00-da keçiriləcək.