![ÇL-də yeni mövsümə start verildi](https://apasport.az/storage/news/2024/july/10/big/668db477d06d5668db477d06d61720562807668db477d06d3668db477d06d4.webp)
Bu gün avrokubokların 2024/25 mövsümünə start verilib.
Apasport.az xəbər verir ki, Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində 6 matç baş tutub.
Yeni mövsüm Litvada keçiriləcək qarşılaşma ilə başlayacaq. HİK-i qəbul edən “Panevejis” gözlənilmədən rəqib qapısından 3 cavabsız top keçirib.
Rumıniya çempionu FCSB isə səfərdə "Virtus"u 7 dəfə məyus edib - 7:1.
Qeyd edək ki, I təsnifat mərhələsinin ilk oyunlarına sabah yekun vurulacaq.
Çempionlar Liqası
I təsnifat mərhələsi
İlk oyunlar, 9 iyul
19:30. “Panevejis” – HİK - 3:0
20:45. “Hamrun Spartans” – “Linkoln” - 0:1
22:00. TNS – “Deçiç” - 3:0
22:00. “Santa Koloma” – “Balkani” - 1:2
22:45. “Vikinqur” – “Şemrok Rovers” - 0:0
23:00. “Virtus” – FCSB - 1:7