Millimiz Macarıstana qarşı - YENİLƏNİR
04.11.2023 - 10:03
![Millimiz Macarıstana qarşı - YENİLƏNİR](https://apasport.az/storage/news/2023/november/04/big/6545ddd8590d66545ddd8590d716990775926545ddd8590d46545ddd8590d5.png)
Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında növbəti oyununu keçirəcək.
Apasport.az xəbər verir ki, Elşad Quliyevin yetirmələri üçüncülük uğrunda matçda Macarıstan yığması ilə qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Matç “İdman TV”də yayımlanacaq.
Qeyd edək ki, millimizin yarımfinalda məğlub olduğu Qazaxıstan millisi çempionluq üçün Rumıniya millisi ilə qarşılaşacaq.
DÇ-2023
III yer uğrunda oyun
4 noyabr
18:00. Macarıstan - Azərbaycan
0
0