Millimiz Moldovaya məğlub oldu
14.04.2025 - 17:44
Millimiz Moldovaya məğlub oldu

17 yaşadək oğlan futbolçulardan ibarət Azərbaycan millisi Moldovanın paytaxtı Kişineuda təşkil olunan UEFA İnkişaf Turnirindəki ilk oyununda məğlub olub.

Apasport.az xəbər verir ki, yığmamız meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.

“Zimbru” stadionunda keçirilən görüş Moldova yığmasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, milli turnirdə növbəti matçlarını aprelin 16-da Gürcüstan, 19-da isə Estoniya ilə keçirəcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.