Millimizdən böyük qazanc: 20,4 xal
17.11.2023 - 13:08
![Millimizdən böyük qazanc: 20,4 xal](https://apasport.az/storage/news/2023/november/17/big/655726515500d655726515500e1700210257655726515500b655726515500c.jpg)
Azərbaycan millisinin İsveçlə oyundakı qazancı bəlli olub.
Apasport.az xəbər verir ki, AVRO-2024-ün seçmə mərhələsindəki matç yığmamızın FİFA reytinqinə böyük qazanc gətirib.
3:0 hesablı qələbə qazanan Canni de Byazinin yetirmələri aktivinə 20,4 xal yazdırıb. Son FİFA reytinqində hesabındakı 1155,91 xalla 120-ci olan komandamız bu rəqəmi 1176,31-ə çatdırıb.
Qeyd edək ki, yığmamız noyabrın 19-da Belçika ilə səfər görüşünə çıxacaq.
0
0