Bu gün Azərbaycan futbol tarixində əlamətdar gündür.
Apasport.az saytının məlumatına görə, klublarımızın SSRİ çempionatları tarixində ən yaxşı nəticəsini qazanmasının 56 illiyi tamam olur.
1966-cı ildə mövsümü bürünc medalla başa vuran “Neftçi” mükafatı noyabrın 30-da keçirilən son turda təmin edib. Moskva “Spartak”ı ilə ev oyununa 3-cü yerin sahibi kimi çıxan Bakı klubuna mövqeyini qorumaq üçün 1 xal da kifayət etsə də, paytaxt təmsilçisi 3 cavabsız qolla qalib gəlib.
56 il öncə qazanılan bu qələbə 1936-1991-ci illərdə keçirilən SSRİ çempionatları tarixindəki ilk və son medal kimi Azərbaycan futbolu tarixinə düşüb.
Respublikamızın 3 təmsilçisi ümumilikdə 29 dəfə ittifaq çempionatının güclülər dəstəsində mübarizə aparsa da, “üçlük”də yalnız bir dəfə yer alıb. Bakı “Temp”i və Gəncə “Dinamo”su hərəyə 1, “Neftçi” 27 dəfə medallar uğrunda mübarizəyə qoşulub.
Bürünc ilində “Neftyanik” adlanan “ağ-qaralar” daha 8 dəfə ən yaxşı “onluq”da yer alıb. Lakin bu uğur mükafat qazanmağa kifayət etməyib. Təmsilçimiz 1967-ci ildə 5-ci, 1969-cu ildə 7-ci, 1963-cü ildə 8-ci, 1968, 1971 və 1987-ci illərdə 9-cu, 1962 və 1981-ci illərdə 10-cu yerə sahib çıxıb.
“Neftçi” SSRİ çempionatlarında
|
mövsüm |
O |
Q |
H |
M |
T/F |
X |
YER |
|
1949 |
34 |
6 |
12 |
16 |
26-42 |
24 |
14 |
|
1950 |
36 |
6 |
9 |
21 |
37-73 |
21 |
19 |
|
1960-II yarımqrup |
20 |
5 |
4 |
11 |
21-38 |
14 |
10 |
|
1960-19-22-ci yerlər |
6 |
2 |
2 |
2 |
6-7 |
6 |
21 |
|
1961-A yarımqrupu |
20 |
4 |
8 |
8 |
20-34 |
16 |
7 |
|
1961-11-22-ci yerlər |
32 |
7 |
13 |
12 |
36-52 |
27 |
18 |
|
1962-B yarımqrupu |
20 |
7 |
7 |
6 |
26-24 |
21 |
6 |
|
1962-1-12-ci yerlər |
22 |
2 |
11 |
9 |
19-39 |
15 |
10 |
|
1963 |
38 |
18 |
9 |
11 |
48-44 |
45 |
8 |
|
1964 |
32 |
8 |
11 |
13 |
25-30 |
27 |
12 |
|
1965 |
32 |
11 |
8 |
13 |
32-33 |
30 |
11 |
|
1966 |
36 |
18 |
9 |
9 |
56-28 |
45 |
3 |
|
1967 |
36 |
16 |
10 |
10 |
51-33 |
42 |
5 |
|
1968 |
38 |
13 |
12 |
13 |
42-48 |
38 |
9 |
|
1969-A yarımqrupu |
18 |
5 |
7 |
6 |
16-18 |
17 |
6 |
|
1969-1-14-cü yerlər |
26 |
6 |
11 |
9 |
26-27 |
23 |
7 |
|
1970 |
32 |
9 |
11 |
12 |
27-28 |
29 |
11 |
|
1971 |
30 |
9 |
10 |
11 |
30-34 |
28 |
9 |
|
1972 |
30 |
6 |
8 |
16 |
28-55 |
20 |
16 |
|
1977 |
30 |
5 |
17 |
8 |
25-34 |
27 |
13 |
|
1978 |
30 |
8 |
7 |
15 |
28-39 |
23 |
13 |
|
1979 |
34 |
8 |
8 |
18 |
29-50 |
24 |
14 |
|
1980 |
34 |
10 |
9 |
15 |
29-41 |
29 |
13 |
|
1981 |
34 |
11 |
12 |
11 |
34-49 |
34 |
10 |
|
1982 |
34 |
10 |
7 |
17 |
42-63 |
27 |
16 |
|
1983 |
34 |
10 |
10 |
14 |
32-38 |
30 |
13 |
|
1984 |
34 |
9 |
8 |
17 |
30-50 |
26 |
15 |
|
1985 |
34 |
9 |
11 |
14 |
30-40 |
29 |
16 |
|
1986 |
30 |
8 |
12 |
10 |
33-38 |
28 |
13 |
|
1987 |
30 |
9 |
10 |
11 |
33-30 |
28 |
9 |
|
1988 |
30 |
5 |
7 |
18 |
28-46 |
17 |
15 |
“Temp” SSRİ çempionatlarında
|
mövsüm |
O |
Q |
H |
M |
T/F |
X |
YER |
|
1938 |
25 |
6 |
8 |
11 |
33-40 |
20 |
19 |
“Dinamo” SSRİ çempionatlarında
|
mövsüm |
O |
Q |
H |
M |
T/F |
X |
YER |
|
1968 |
38 |
5 |
9 |
24 |
25-59 |
19 |
20 |
Qeyd: Qələbəyə görə 2 xal verilib.
- Yüksək Liqa: Təxirə salınmış iki görüş baş tutacaq
- "Qarabağ"da gözlənilməz ayrılıq - KARYERASINI AVROPADA DAVAM ETDİRƏCƏK
- Azərbaycan Karate Federasiyasının rəhbərliyi millinin üzvləri və məşqçilərlə görüş keçirib
- Yüksək Liqa: XI turun daha bir matçı keçiriləcək
- “Qarabağ”dan növbəti rahat qələbə - YENİLƏNİB