Krakov-2023: Atletimiz 7-ci oldu
20.06.2023 - 13:39
Krakov-2023 III Avropa Oyunlarında atletika yarışları davam edir.
Apasport.az saytının məlumatına görə, 3-cü divizionda yer alan Azərbaycan yığmasının daha bir təmsilçisi mübarizəyə qoşulub.
Elman Abışov kişilərin 800 m məsafəyə qaçışında çıxış edib. O, finişə 2 dəqiqə 6,12 saniyəyə çatıb.
Elman şəxsi rekorduna imza atsa da, B qrupundakı “yeddilik”də sonuncu olub. Atletimiz iki qrupun yekununda da 14-cü yeri tutub.
Qeyd edək ki, Krakov-2023 çərçivəsində atletika üzrə komandalararası Avropa çempionatı keçirilir. Yığmalar üç divizionda mübarizə aparır.
- 1/8 finalda növbəti matç - Braziliya - Norveç
- Sona Ağayeva Boccia üzrə Dünya çempionatında
- Bədii gimnastlarımız "Montenegro Cup"da iştirak edəcəklər
- “Qarabağ” Juninyonun yerinə hücumçu tapdı: O da Portuqaliyadan gəlir
- İstanbul derbisinin hakimi bəlli oldu – “Fənərbaxça” – “Beşiktaş” matçı Melerə tapşırıldı
0
0