“Qarabağ” Juninyonun əvəzinə hücum xəttinə istədiyi forvardı tapıb. Söhbət “Akademika Vizeu” forması geyinən Andre Klovisdən gedir. Artıq Ağdam klubu braziliyalının transferi üçün rəsmi addımlar atıb.
Apasport.az saytına verilən məlumata görə, “Qarabağ”ın ilkin təklifi Portuqaliya klubunu razı salmayıb.
Amma Azərbaycan çempionu Klovisə görə “Akademika”ya ikinci təklifi göndərib və portuqallar bundan sonra transferlə bağlı götür-qoy etməyə başlayıb.
Portuqaliya 2-ci liqasında mübarizə aparan kluba braziliyalıya görə təkliflər çox gəldiyindən onlar daha yaxşısını seçmək niyyətindədir.
Burada futbolçunun özünün israrı də önəmli rol oynayıb. Daha çox Avropa səhnəsinə çıxmaq, avrokuboklarda oynamaq istəyən 27 yaşlı hücumçu klubuna “Qarabağ”a keçməyə daha müsbət yanaşdığını bildirib.
Bu mənada, Ağdam təmsilçisinin hücumçu ilə yaxın vaxtlarda müqavilə imzalamaq ehtimalı yüksək dəyərləndirilir.
Transfer dəyəri 1 milyon avro olan Andrenin “Akademika Vizeu” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
O, daha əvvəl “Quarantinketa”, “İnternasyonal”, “Portimonense”, “Leykşoeş”, “Eştoril” klublarında çıxış edib.
- PFL-in yeni prezidenti: “Bu, inkişafa təkan verəcək”
- Əfsanəvi futbolçu yenidən baş məşqçi olur
- Siyasaət Əsgərov: "Hakimlərin bəzi epizodlarda qərarları düzgün deyildi"
- İdmançılarımız Türkdilli Dövlətlərin III Universiadasını 9 medalla başa vurublar - FOTO
- Çimərlik futbolu üzrə ölkə çempionu müəyyənləşib