Millimizdən məğlubiyyət
25.08.2023 - 12:42
15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Estoniyanın paytaxtı Tallində təşkil olunan UEFA İnkişaf turnirində iştirak edən yığmamız meydan sahibləri ilə görüşüb. Estoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 1:2 hesabı ilə məğlub olub.
Qeyd edək ki, komandamız turnirdə növbəti oyununu avqustun 27-də moldovalı yaşıdlarına qarşı keçirəcək.
- “Yanq Boyz”da gözlənilən ayrılıq
- “Mançester Yunayted”in acınacaqlı halı - “qızıl top” üçün əzəli rəqibdən xahiş ediblər
- "Lənkəran"ın baş məşqçisi: "Əgər bunu anlamasaq hər bir rəqibə qarşı oyunlarda problemlərimiz olacaq"
- Qubada region məşqçiləri üçün seminar təşkil olunub
- Ramil hesabı açdı, “Buriram” üç xal qazandı
0
0