Millimizdən növbəti qələbə
27.10.2025 - 16:01
Bu gün Azərbaycanın qadınlardan ibarət futbol millisi Qazaxıstanda təlim-məşq toplanışı çərçivəsində ikinci yoldaşlıq oyununu keçirib.
Apasport.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv yenidən ev sahibi komanda ilə qarşılaşıb.
Oyun Şımkentdə baş tutub. Millimiz rəqibinə 1:0 qalib gəlib. Yeganə qolu isə Nigar Mirzəliyeva vurub.
Bu komandalar arasında ilk oyun Azərbaycanın 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.
- “Azərbaycan çempionatında belə bir şey olmamalıdır“ - Adil Şükürov
- "Fənərbaxça" ulduz futbolçunun transferini rəsmən açıqladı
- Futzal üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin püşkü atılıb
- Cüdoçularımız “Böyük Dəbilqə”nin ikinci günündə 3 medal qazanıblar
- Emil Balayev yeni klubu ilə müqavilə bağladı
0
0