İngiltərə klubu sahibini dəyişdi
18.07.2023 - 15:24
“Lids”in sahibi dəyişib.
Apasport.az saytının məlumatına görə, bunu İngiltərə klubunun mətbuat xidməti açıqlayıb.
ABŞ-ın “49ers Enterprises” şirkəti Lids təmsilçisinin nəzarət səhm paketinə sahib çıxıb. Amerikalılar bunun üçün 200 milyon avro ödəyib.
Paraaq Marate klubun yeni rəhbəri olacaq. O, 2017-ci ildən klubun əsas sahibi olan Andrea Radritsanini əvəz edəcək.
Qeyd edək ki, “Lids” ötən mövsüm Premyer Liqada 19-cu yeri tutaraq Çempionşipə yuvarlanıb.
- Mançini Premyer Liqaya qayıda bilər
- Mehdi Hüseynzadə adına stadionda işıqlandırma ilə bağlı işlər tamamlandı
- "Bizə əxlaq dərsi verməyə çalışanlar..." - "Qalatasaray"dan "Fənərbaxça"ya sərt mesaj
- Kolumbiyalı futbolçu ürəktutmasından öldü
- "Barselona" "Mançester Siti"nin yarımmüdafiəçisi ilə maraqlanır
0
0