Millimizin üzvü oynamadı, komandası qələbə qazandı
10.03.2025 - 01:20
Millimizin üzvü oynamadı, komandası qələbə qazandı

Almaniya II Bundesliqasında XXV turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, millimizin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Nürnberq" səfərdə "Munster"lə qarşılaşıb.

Emrelinin iştirak ərizəsində yer almadığı görüşdə qonaqlar 1:0 hesablı qələbə qazanıb. 

Qeyd edək ki, Emrelinin bu görüşdə iştirak etməməsinin səbəbi hələlik məlum deyil.