Millimizin yoxlama görüşləri təxirə salınıb
04.11.2024 - 12:06
![Millimizin yoxlama görüşləri təxirə salınıb](https://apasport.az/storage/news/2024/november/04/big/672880e567b67672880e567b681730707685672880e567b65672880e567b66.jpg)
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının Belarusdakı təlim-məşq toplanışı və yerli komanda ilə yoxlama görüşləri hər iki tərəfin qarşılıqlı razılığı əsasında başqa vaxta keçirilib.
Apasport.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Yoldaşlıq oyununun 2025-ci ildə təşkil olunması planlaşdırılıb.
Qarşılaşmanın tarixi və yeri barədə məlumat veriləcək.
0
0