Azərbaycan millisinin sabiq futbolçusu Mirbağır İsayev cəzalandırılıb.
Apasport.az saytının məlumatına görə, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.
Qurum AFFA U-17 Liqasında keçirilən “Səbail” –“Turan Tovuz” oyununda baş verənləri müzakirə edib. Meydan sahiblərinin akademiyasının koordinatoru Mirbağır İsayev oyunun rəsmi şəxslərini təhqir etdiyinə görə 3 ay müddətinə futbolla bağlı vəzifələrdə işləməyinə qadağa qoyulub. Paytaxt klubu 4000 manat cərimələnib.
“Səbail”in baş məşqçisi Yaşar Abuzərov da cəzasız qalmayıb. Oyunun 86-cı dəqiqəsində meydana daxil olaraq hakimi təhqir etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırılan futbol veteranı 5 matçlıq diskvalifikasiya edilib.
- "Neftçi"nin baş məşqçisi: "Sabah" - "Qarabağ" oyununda heç-heçə bizə sərf edər" - MÜSAHİBƏ
- Kurban Berdıyev “Turan Tovuz”un baş məşqçisi təyin olundu
- Azərbaycan kubokunun püşkatma mərasimi keçirilib
- “Hakken” – “Qarabağ” oyununun hakimləri açıqlandı
- Azərbaycan güləşçiləri İslam Oyunlarında iki gümüş medal qazanıb