“Napoli” futbolçusu ilə müqavilə yenilədi
04.03.2025 - 14:59

İtaliya A Seriyası komandalarından “Napoli” müdafiəçi Matias Olivera ilə yeni müqavilə barəsində razılığa gəlib.
Napoli Matias Olivera ilə uzunmüddətli müqavilə imzaladı
Apasport.az xəbər verir ki, klub futbolçu ilə 2030-cu ilə qədər müqavilə imzalayıb.
Bu barədə Neapol təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Matias Oliveranın bu mövsümkü statistikası
Xatırladaq ki, Olivera “Napoli”yə 202-ci ildə “Xetafe”dən 16,5 milyon avroya transfer olunmuşdu.
Qeyd edək ki, futbolçu bu mövsüm A Seriyası təmsilçisinin heyətində 22 rəsmi matçda iştirak edib və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0