Murad Məmmədovun komandasından qələbə
14.09.2026 - 00:18
Murad Məmmədovun komandasından qələbə

Kipr futbol çempionatında III turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, azərbaycanlı Murad Məmmədovun şərəfini qoruduğu “Pafos” da növbəti matçına çıxıb.

Komanda səfərdə Larnaka AEK-ini 1:0 hesabı ilə məğlub edib.

Məmmədov zədə səbəbindən qarşılaşmada iştirak etməyib.

Qeyd edək ki, “Pafos” 7 xal toplayaraq turnir cədvəlinin lideridir.