![Musa Qurbanlı dubl etdi, penalti qaçırdı](https://apasport.az/storage/news/2023/august/27/big/64eb89f8ea57f64eb89f8ea580169315788064eb89f8ea57d64eb89f8ea57e.jpg)
Musa Qurbanlı İsveç çempionatında qol hesabını açıb.
Apasport.az-ın məlumatına görə, yığmamızın üzvü “Deqerfors”la oyunda iki dəfə fərqlənib.
İsveç çempionatının 21-ci turunda “Yurqorden” öz meydanında 4:1 hesablı qələbə qazanıb. Oyunda Musa Qurbanlı bütün diqqətləri üzərinə çəkib. Əvvəlcə qarşılaşmanın 2-ci dəqiqəsində Musanın ötürməsindən sonra hesab açılıb. Fasiləyədək isə Qurbanlı dubl edib. O, 23-cü və 34-cü dəqiqələrdə top rəqib qapısından keçirib. Musa “het-trik” etmək üçün gözəl fürsət qazanıb. Hücumçu penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.
Qeyd edək ki, Qurbanlı iki gün əvvəl kubok matçında “Yurqorden”in heyətində ilk qolunu vurmuşdu.