Futbol tarixinin ən yaxşı milli komandaları açıqlanıb
18.11.2024 - 15:01
![Futbol tarixinin ən yaxşı milli komandaları açıqlanıb](https://apasport.az/storage/news/2024/november/18/big/673b1e8f9f021673b1e8f9f0221731927695673b1e8f9f01f673b1e8f9f020.webp)
Futbol tarixinin ən yaxşı milli komandaları açıqlanıb.
Apasport.az xəbər verir ki, siyahını "GiveMeSport" portalı tərtib edib.
2008-2012-ci illər aralığında iki dəfə Avropa və bir dəfə dünya çempionu olan İspaniya yığması ilk pillədə qərarlaşıb.
1994-2002-ci illərdə iki dünya çempionluğuna və eyni sayda Amerika Kubokuna sahib çıxan Braziliya seçməsi ikinci olub.
1950-1956-cı illər ərzində Ferents Puşkaşın da heyətində yer aldığı Macarıstan komandası (1954-cü il, dünya ikincisi) "üçlüy"ü qapayıb.
0
0