Musalı “Yurqorden” üç xal qazandı
30.07.2023 - 18:53
Musa Qurbanlı İsveç çempionatının növbəti turunda meydana çıxıb.
Apasport.az saytı xəbər verir ki, onun komandası səfərdə 3 xal qazanıb.
“Yurqorden” çempionatın 17-ci turunda rəqib meydanında “Myallbü” ilə qarşılaşıb. Oyun Musanın komandasının qələbəsi ilə başa çatıb. Görüşün taleyini həll edən yeganə qolun müəllifi Asoro olub. Meydana ikinci hissədə çıxan Qurbanlı 72-ci dəqiqədə məhz qələbə topunun vuran futbolçunu əvəzləyib.
Qeyd edək ki, bu qələbədən sonra xalının sayını 33-ə yüksəldən “Yurqorden” 4-cü pillədəki mövqeyini möhkəmlədib.
- Zaur Həşimov: “Çempionluq mübarizəsində “Neftçi” “Qarabağ”a rəqib kimi görünmür” - MÜSAHİBƏ
- “Azərlotereya”nın “Sürətli Şans” lotereyasında 2 nəfər “Toyota Corolla” qazanıb
- Qurban Qurbanov: "Emosiyalarımı saxlaya bilmədim" - MÜSAHİBƏ
- "İnter"in hücumçusu “Atletiko” yolunda
- Bayılda qalib müəyyənləşmədi - YENİLƏNİB
0
0