“Mançester Siti”dən Qvardiola qərarı
12.10.2023 - 12:22
![“Mançester Siti”dən Qvardiola qərarı](https://apasport.az/storage/news/2023/october/12/big/6527a565bd8826527a565bd88316970970616527a565bd8806527a565bd881.png)
"Mançester Siti" rəhbərliyi baş məşqçinin işindən razıdır.
Apasport.az xəbər verir ki, “şəhərlilər” Pep Qvardiola ilə müqavilənin uzadılmasına hazırlaşır.
Klub rəhbərliyi 52 yaşlı məşqçinin 2027-ci ilin yayına kimi komandada qalmasını istəyir. İspan mütəxəssis 2016-cı ildən Mançester təmsilçisnə rəhbərlik edir.
Qeyd edək ki, “Mançester Siti” ötən mövsüm Premyer Liqa çempionluğu ilə yanaşı, Çempionlar Liqasının da qalibi olub. Yeni mövsümdə 8 matça çıxan komanda topladığı 18 xalla turnir cədvəlinin 3-cü pilləsində yer alır.
0
0