Namiq Əliyev növbəti dəfə UWW-nin Büro üzvü seçildi
09.09.2022 - 17:45
![Namiq Əliyev növbəti dəfə UWW-nin Büro üzvü seçildi](https://apasport.az/storage/news/2022/september/09/big/631b43ac3aa85631b43ac3aa861662731180631b43ac3aa81631b43ac3aa82.jpg)
Bu gün Serbiyanın paytaxtı Belqradda Dünya Güləş Birliyinin (UWW) Konqresi baş tutub.
Apasport.az saytının məlumatına görə, iclasda UWW-nin Büro üzvü Namiq Əliyev, Azərbaycan Güləş Federasiyasının baş katibi Nəsimi Musayev və İcraiyyə Komitəsinin üzvü Vasif Məmmədov iştirak ediblər.
Tədbirdə bir çox məsələlərlə bağlı müzakirələr aparılıb, o cümlədən UWW-nin İcraiyyə Komitəsinə seçkilər keçirilib. Namiq Əliyev növbəti dəfə ali qurumun Büro üzvü seçilib.
Qeyd edək ki, İcraiyyə Komitəsinin üzvləri qarşıdakı 6 ildə bu vəzifədə fəaliyyət göstərəcəklər.
0
0