“Atalanta”da yeni müdafiəçi
18.08.2022 - 17:12
“Atalanta” heyətinə yeni futbolçu qatır.
Apasport.az saytının məlumatına görə, “Udineze”nin müdafiəçisi Brandon Soppi Berqamo təmsilçisinə keçəcək.
Transferlə bağlı razılıq əldə olunub. Müdafiəçi üçün 9 milyon avro ödəniləcək.
20 yaşlı fransalı tibbi müayinədən sonra müqavilə imzalayacaq. Onun anlaşması 5 illik olacaq.
Qeyd edək ki, Soppi ötən mövsüm 30 oyunda meydana çıxıb.
- Mahir Emreli: "Azərbaycanlılar Almaniyada yaxşı nəticə qazanmağımı istəyirlər"
- Azərbaycan paracüdoçuları Avropa çempionatında çıxış edəcəklər
- Azərbaycan millisi 1/4 final matçına çıxacaq
- Bədii gimnastlarımız Avropa çempionatına medalla başlayıblar
- Sabitzer: Azərbaycana qarşı start heyətdə oynamaq istəyirəm
0
0