"Neftçi" 2 milli oyunçunu heyətinə qatmaq istəyir
17.04.2024 - 13:26
!["Neftçi" 2 milli oyunçunu heyətinə qatmaq istəyir](https://apasport.az/storage/news/2024/april/17/big/661f94dcb73ab661f94dcb73ac1713345756661f94dcb73a9661f94dcb73aa.jpg)
“Neftçi” transfer çalışmalarını davam etdirir.
Apasport.az saytına verilən məlumata görə, “ağ-qaralar” yerli limiti doldurmaq üçün ölkə xaricində çıxış edən azərbaycanlılarla danışıq aparır.
Rahil Məmmədovla maraqlanan paytaxt təmsilçisinin müdafiənin mərkəzi üçün düşündüyü daha bir oyunçu U-21 yığmamızın kapitanı, “Arda”da oynayan Cəlal Hüseynovdur. Höccət Haqverdinin də mövsümün sonunda komandadan ayrılacağını düşünən "Neftçi" Cəlalı düşərgəyə dəvət etmək istəyir.
Xatırladaq ki, Hüseynov mövsümün əvvəlində Bolqarıstan klubu ilə 3 illik müqavilə imzalayıb.
0
0