“Neftçi” baş məşqçisi ilə müqaviləni uzatmadı
26.05.2022 - 17:09
![“Neftçi” baş məşqçisi ilə müqaviləni uzatmadı](https://apasport.az/storage/news/2022/may/26/big/628f7c2369a20628f7c2369a211653570595628f7c2369a1d628f7c2369a1f.jpg)
“Neftçi” əvəzedici komandasının baş məşqçisi Mahmud Qurbanovla yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bildirilib ki, “Neftçi-2”nin çalışdırıcı ilə mayın 31-dək olan müqavilənin müddətinin uzadılmaması qərara alınıb. 49 yaşlı mütəxəssis tezliklə Premyer Liqa təmsilçisi “Səbail”in sükanı arxasına keçməsi gözlənilir.
Qeyd edək ki, 2018-ci ildən “Neftçi-2”ni çalışdıran Mahmud Qurbanov 2020/21 mövsümündə əvəzedici komanda ilə I Divizionun qalibi olub.
0
0