"Neftçi" daha bir futbolçusunu yola salır
01.01.2025 - 13:47
!["Neftçi" daha bir futbolçusunu yola salır](https://apasport.az/storage/news/2025/january/01/big/67750f84bc67367750f84bc674173572493267750f84bc67167750f84bc672.jpg)
"Neftçi"də növbəti ayrılıq baş tutub.
Apasport.az-ın məlumatına görə, "ağ-qaralar" Mark Tamaşla yollarını ayırıb.
31 yaşlı macarıstanlının müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Tamaşla bir neçə klubun maraqlandığı bildirilir.
2023-cü ildə paytaxt klubuna keçən Tamaşın müqaviləsi 2025-ci ilin yayında başa çatmalı idi.
0
0