
Avropanın top komandalarının oktyabr üçün son reytinq cədvəli açıqlanıb.
Apasport.az xəbər verir ki, siyahıda “Köhnə qitə”nin 415 ən güclü klubu yer alıb.
Azərbaycan ən yaxşılar sırasında 4 klubla təmsil olunub. “Qarabağ” 224 xalla qitənin 74-cüsüdür. Qurban Qurbanovun yetirmələri hesabını 4 xal artırıb ki, bununla da mövqeyini qoruya bilib.
27 xala malik “Neftçi” isə bir pillə irəliləyib. Adrian Mutunun yetirmələri Avropada 237-cidir.
“Sabah”ın mövqeyi dəyişməz qalıb. Murad Musayevin baş məşqçisi olduğu komanda 20 xalla 266-cidır.
“Qəbələ” 2 pillə geriləyib. Elmar Baxşıyevin yetirmələri 5 xalla 377-cidir.
Qeyd edək ki, siyahıya 2201 xala malik “Real” başçılıq edir.
- Millilərimiz Avropa çempionatında yarımfinal oyunlarına çıxacaqlar
- Emil Mustafayev: “Ukrayna millisindən dəvət gəlsə, imtina etməyəcəm” - MÜSAHİBƏ
- Rəşad Sadıqov: "Heç kim deyə bilməz ki, ünsiyyət zamanı hansısa qüsura yol vermişəm"
- Mançester nəhənglərinin ortaq hədəfi
- “Araz-Naxçıvan”da antidopinq bağlı maarifləndirmə