"Neftçi" "Kayrat"a qalib gəlib - YENİLƏNİB
09.01.2026 - 18:59
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təlim-məşq toplanışında olan “Neftçi” bu gün ilk sınağına çıxıb.
Apasport.az xəbər verir ki, Yuri Vernidubun rəhbərlik etdiyi kollektiv “Kayrat”la qarşılaşıb. Qazaxıstan komandasına qarşı oyun saat 17:00-da start götürüb.
Görüş Bakı təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. “Ağ-qaralar”ın qollarını Ağadadaş Salyanski, Vensan Abubakar və Murad Məmmədov vurub.
Qeyd edək ki, “Neftçi” yanvarın 13-də Misirin “Piramids”, 16-da isə Çinin “Çenqdu Ronqçenq” klubları ilə qarşılaşacaq.
0
0