“Neftçi” - “Səbail” oyunlarının yeri dəyişdirildi
30.08.2022 - 13:22
Misli Premyer Liqasında “Neftçi” ilə “Səbail” arasında keçiriləcək oyunların yeri dəyişdirilib.
Apasport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Bildirilib ki, “Bakcell Arena”nın qazonunda aparılacaq yeniləmə işləri ilə əlaqədar “Neftçi” VII turda “Səbail”lə matçın səfərdə oynanılmasını istəyib. Qəsəbə təmsilçisi də buna razılıq verdiyindən, I dövrənin qarşılaşması “ASCO Arena”da olacaq.
Əvəzində II dövrənin XV turundakı matçda “Neftçi” “Səbail”i qəbul edəcək.
- "Samsunspor"dan MLS-ə - Holse ABŞ-a yollandı
- “Makkabi”nin baş məşqçisindən “Zirə” ilə oyuna MÜNASİBƏT
- Azərbaycan Cüdo Federasiyası tərəfindən 25 klub və idman təşkilatına lisenziya təqdim edilib
- Dursun Özbek yenidən “Qalatasaray”ın prezidenti seçildi
- “Fənərbaxça”dan qələbə, “Beşiktaş” yenə xal itirib
0
0