"Neftçi"də şok ayrılıq
14.12.2023 - 22:44

“Neftçi”də gözlənilməz ayrılıq qeydə alınıb.
Apasport.az xəbər verir ki, sol cinah yarımmüdafiəçisi Kenni Sayef paytaxt klubu ilə razılaşmasını ləğv edib.
“Ağ-qaralar”ın rəsmi saytından verilən məlumata görə 30 yaşlı futbolçu şəxsi səbəblərə görə “Neftçi”ni tərk edib. Futbolçunun “Neftçi” rəhbərliyinə getmək üçün etdiyi müraciət müsbət cavablandırlıb.
Qeyd edək ki, 2022-ci ilin yayından “flaqman”ın şərəfini qoruyan Sayef bu mövsüm 18 qarşılaşmada iştirak edərək, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- İdmançımız Türkiyədə keçirilən beynəlxalq turnirdə çempion olub
- Əfran İsmayılov: "Bodo-Qlimt"i digər komandalarla bir tutmuram"
- Bilgəhdə yeni cüdo zalı istifadəyə verildi - FOTO
- Taekvondo millimiz Bakıda təlim-məşq toplanışına başlayıb
- Qurban Qurbanov: "Onlar qalib gəlibsə, demək bizdən üstün idilər"
0
0