
“Neftçi” yayda heyətinə qatdığı legionerlərdən biri ilə müqavilə müddətini artırmağı planlaşdırır.
Apasport.az saytına verilən məlumata görə, “ağ-qaralar” bu yay müqavilə imzaladığı Yuri Matiasla erkən vidalaşmaq istəmir. Buna görə də, ona daha bir illik müqavilə təklif ediləcək. Mərkəz müdafiəçisinin “Neftçi” ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədər qüvvədədir.
Qeyd edək ki, 28 yaşlı braziliyalı ötən mövsümü Rumıniyanın “ÇFR Kluj” klubunda keçirib. Buna qədər isə o, “Amerika”(Braziliya), “Akademika Koimbra”(Portuqaliya), “Traktor”(İran), “Qaz Metan” (Rumıniya) komandalarında çıxış edib.
- Derbidə insident: Kadi başından zədələndi - Video
- “Qarabağ” Avropada rekord vurdu
- Azər Məmmədov: “0:4 hesabı ilə məğlub olmuşuqsa, hakim haqda danışmağa dəyməz”
- Baxşıyev təsdiqlədi: Sabiq “Neftçi”li legioner “Araz-Naxçıxan” yolunda - ÖZƏL
- “İmişli”dən bəyanat: “Bu gün bizim uğurumuza sevinə bilməyənlər…”