"Neftçi"nin hücumçusunun cəzası bəlli oldu
03.03.2025 - 14:45
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az xəbər verir ki, yığıncaq Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunları müzakirə olunub.
"Neftçi" - "Kəpəz" matçında qırmızı vərəqə ilə cəzalandırılan Bassalu Sambunun durumuna da aydınlıq gəlib. "Ağ-qaralar"ın hücumçusu komandasına 2 matçda kömək edə bilməyəcək.
Həmçinin onun klubu da 1500 manat məbləğində cərimə olunub.
Qeyd edək ki, görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə nəticələnib.
- "Beşiktaş" "Borussiya"nın müdafiəçisi ilə maraqlanır
- Millinin daha 2 boksçusu finalda
- Yığmamızın sabiq legioneri: “Milliyə oynamaq istəyənləri çağırmaq lazımdır” - MÜSAHİBƏ
- Samir Abasov: "Rəqib futbolçuları qınaya bilmərəm"
- Vladimir Voskoboynikov: “Estoniya və Azərbaycan millilərinin şansı bərabərdir”
0
0