“Neftçi”nin rəhbərliyində dəyişiklik olub
03.11.2025 - 19:00
“Neftçi” İdman Klubunun rəhbərliyində kadr dəyişikliyi olub.
Apasport.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
İdarəetmə aparatının rəhbəri Sadıq Sadıqov öz istəyi ilə vəzifəsindən azad edilərək klubun İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyinat alıb.
Buna qədər İdarə Heyəti sədrinin müşaviri vəzifəsini tutan Fərəc Əliyev isə klubun İdarə Heyəti sədrinin müavini və klubun icraçı direktoru əvəzi təyin edilib.
Qeyd edək ki, icraçı direktor vəzifəsi İdarəetmə aparatının rəhbəri vəzifəsinin yerinə təsis edilib.
- İdmançımız beynəlxalq turnirdə qızıl medal qazandı!
- Osimhen üçün "Arsenal" iddiası – “Qalatasaray”la danışıqlara başladı
- Sərbəst güləş üzrə Azərbaycan millisi 4 medalla Vətənə dönüb
- Qızlarımız İsveçrədən 8 cavabsız qol buraxdı - YENİLƏNİB
- “FIFA Football For Schools” tətbiqi Azərbaycan dilində istifadəyə verilib
0
0