"Neftçi"nin sabiq prezidenti UEFA-dan təyinat alıb
20.02.2024 - 12:58
!["Neftçi"nin sabiq prezidenti UEFA-dan təyinat alıb](https://apasport.az/storage/news/2024/february/20/big/65d468266d3b765d468266d3b8170841911065d468266d3b365d468266d3b5.jpg)
"Neftçi"nin sabiq prezidenti Orxan Hüseynzadə UEFA-dan növbəti dəfə təyinat alıb.
Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Polşada "Legiya" və Norveçin "Molde" komandaları arasında keçiriləcək Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, qarşılaşma fevralın 22-də Varşavada gerçəkləşəcək. İlk matçda Norveç klubu qələbə qazanıb - 3:2.
Xatırladaq ki, Orxan Hüseynzadə 2017-2018-ci illərdə "Neftçi"nin prezidenti olub.
- "İlin Qalibləri - 2022" üçün namizədlər açıqlandı
- Qurban Qurbanov: "Təəssüf ki, oyuna hazırlaşmağa vaxtımız az oldu"
- "Omoniya"nın baş məşqçisi: "Növbəti mərhələyə vəsiqə qazanmağa biz daha layiq idik"
- Ümumdünya Şahmat Olimpiadasında bu gün IV turun qarşılaşmaları keçiriləcək
- Rusiya millisinin oyununu türkiyəli hakimlər idarə edəcək
0
0