Parisdəki təmsilçimiz: "Olimpiadada uğur qazanmaq istəyirsənsə..."
01.08.2024 - 12:17
Azərbaycanın kişi badmintonçusu Edi Reski Dviçayo Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunları ilə vidalaşıb.
Apasport.az xəbər verir ki, o, qrup mərhələsində danimarkalı Anders Antonsenlə görüşdə məğlub olaraq yarışı tərk edib.
Edi Paris-2024 haqda fikirlərini bölüşüb:
“Ardıcıl ikinci Olimpiyada Anders kimi güclü badmintonçu ilə qarşılaşdım. İstər-istəməz həyəcan var idi. Rəqibin təcrübəsi çoxdur. Lakin Olimpiadada uğur qazanmaq istəyirsənsə, bu səviyyədə rəqiblərlə oynamağa hazır olmalısan”.
- “Osasuna”nın danışılmış oyunlarda iştirakı sübut olunsa...
- “Beşiktaş”dan 2 milyonluq transfer
- "Bizim üçün "Qarabağ"ın qələbə qazanması daha sərfəli idi, lakin hər cür gedişata hazır idik" - MÜSAHİBƏ
- Ayxan Abbasov: “İnanmıram ki, kimsə “Qarabağ”dan qorxsun” - MÜSAHİBƏ
- UEFA Ermənistan Futbol Federasiyasına intizam işi açdı
0
0