Paytaxt klubu baş məşqçisi ilə müqavilə yeniləyib
15.04.2025 - 11:55

Birinci Liqada iştirak edən "Baku Sportinq" baş məşqçisi ilə sözləşmə yeniləyib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Paytaxt klubu Elman Sultanovla uzunmüddətli müqavilə imzalayıb.
Onun köməkçiləri də qarşıdakı mövsümlərdə "Baku Sportinq"də işləyəcəklər. Anlaşmanın müddəti 2030-cu ilin mayına qədər nəzərdə tutulub.
Bakı təmsilçisi Birinci Liqada 21 turdan sonra 26 xalla 5-ci pillədə qərarlaşıb.
- "Qalatasaray" Yunus Akgünü komandada saxlamaq istəyir
- Azərbaycan kubokunun mükafatlandırma mərasimi - VİDEO
- "Sabah" "Sumqayıt"ı belə məğlub etdi - VİDEO
- Azərbaycan xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kubokuna ev sahibliyi edəcək
- Beynəlxalq Cüdo Federasiyasının Bakıda seminarları davam edir
0
0