Peşəkar Futbol Liqasının rəsmisi UEFA-dan təyinat alıb
27.06.2024 - 12:49
Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan təyinat alıb.
Apasport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, PFL rəsmisi Konfrans Liqasının I təsnifat mərhələsinin oyununda fəaliyyət göstərəcək.
O, iyulun 18-də Albaniyada keçiriləcək “Tirana” (Albaniya) – “Torpedo" (Kutaisi, Gürcüstan) görüşünün UEFA nümayəndəsi olacaq.
- “Fənərbaxça” “Rizespor”la qarşılaşmaya itkilərlə çıxacaq
- Qurban Qurbanov: "Daha çox "Qarabağ"lı futbolçuları "Qalatasaray"la oyuna cəlb etdik"
- Gimnastlarımız Dünya Kubokunda iştirak edəcəklər
- AFFA-nın bayrağı altında keçirilən liqalarda 2024/2025 mövsümünün püşkü atılıb
- Azərbaycan klubunda kütləvi QRİPƏ YOLUXMA - oyun təxirə salındı
0
0