"Zirə" klubunun Bakıda Xorvatiya təmsilçisi "Osiyek"ə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununun biletləri satışa çıxarılır.
Apasport.az "qartallar"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, azarkeşlər biletləri bu gün saat 12:00-dan etibarən ala biləcəklər.
Qiymətlər sektorlara görə 2, 5, 10 və 20 manat təşkil edir.
Biletləri Zirə İdman Kompleksindən, "Dalğa Arena"dan və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək mümkündür.
Qeyd edək ki, avqustun 15-də "Dalğa Arena"da keçiriləcək qarşılaşma saat 20:30-da start götürəcək. Xorvatiyadakı ilk görüşdə heç-heçə qeydə alınıb - 1:1.
- Toral Bayramov millinin heyətindən çıxarılıb
- Millimizin üzvü oynadı, komandası bərabərə qaldı
- Azərbaycanda keçiriləcək yarışın tanıtım videosu beynəlxalq telekanallarda nümayiş olunur
- "Qarabağ"ın İtaliya klubu ilə münasibətləri strateji tərəfdaşlığa çevrilir
- Aleks Souza: "Hamımız üçün oyunu davam etdirmək çətin idi"