"Eurosport" və "Euronews" telekanallarında mayın 10-14-də keçiriləcək Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışına həsr olunmuş təqdimat videoçarxının nümayişinə başlanıb.
Apasport.az xəbər verir ki, videoçarxda yarış haqqında qısa məlumat, onun mərhələləri, yarış iştirakçılarının keçəcəyi ərazilər əksini tapır.
Xatırladırıq ki, 1 Dünya Turu komandası, 4 Pro-Tur komandası, 19 kontinental komanda və Azərbaycan yığması Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) yüksək səviyyəli, 2.1 kateqoriyalı bu yarışda iştirakını təsdiqləyib.
5 mərhələdən ibarət olan Bakı-Xankəndi Azəraycan Velosiped Yarışının mərhələləri:
I mərhələ, 10.05.2026
Yarış iştirakçıları "Sea Breeze Resort"da start götürərək Bakı şəhərinin görməli yerlərindən keçəcək və Sumqayıtda finişə çatacaqlar (158,4 km)
II mərhələ, 11.05.2026
Bakı – Şamaxı – İsmayıllı (193,3 km)
III mərhələ, 12.05.2026
Qəbələ – Oğuz – Şəki – Mingəçevir (162,9 km)
IV mərhələ, 13.05.2026
Gəncə – Göygöl – Goranboy – Suqovuşan – Talış – Naftalan (152,8 km)
V mərhələ, 14.05.2026
Tərtər – Ağdam – Füzuli – Şuşa – Xankəndi (181,5 km)