“Qarabağ” bir ay kapitansız qaldı
11.09.2022 - 22:37

“Qarabağ”ın futbolçusu Maksim Medvedevin durumuna aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, bunu Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov açıqlayıb.
O bildirib ki, müdafiəçinin zədəsi ağırdır. Avropa Liqasının “Frayburq”la Almaniyadakı oyunundan (1:2) əvvəl məşqdə xəsarət alan Maksim uzun müddətə sıradan çıxıb.
“Qarabağ”ın kapitanı bir ay məşqlərdən kənar qalacaq. Onun rəsmi oyunlara nə vaxt çıxacağı isə bərpa prosesindən asılı olacaq.
- Vüsal İsgəndərlinin komanda yoldaşı oyun vaxtı vəfat etdi
- Goranboyda kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
- KL: "Başakşehir" məğlub oldu, "Beşiktaş"dan heç-heçə - YENİLƏNİB
- Vaqif Cavadov: "İndi də istefa verə bilərəm"
- Saşa Yunisoğlu: "Yalnız “Qəbələ”nin elitaya yüksəlmək üçün lazımi şəraiti var"
0
0