"Qarabağ" - "Çelsi" oyununu ukraynalı hakimlər idərə edəcək
30.10.2025 - 16:57
"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsinin 4-cü turunda Bakıda "Çelsi"ni qəbul edəcək.
Apasport.az xəbər verir ki, qarşılaşmanın təyinatları açıqlanıb.
Matçı Ukraynadan olan ədalət təmsilçiləri idarə edəcək.
Oyunun baş hakimi Dmitro Kubriak olacaq. Ona yan xətt hakimləri Vitalii Skoblia və Aleksandr Korniyko kömək edəcək. Dördüncü hakim funksiyasını isə azərbaycanlı Fərid Hacıyev yerinə yətirəcək.
Qeyd edək ki, "Qarabağ" - "Çelsi" qarşılaşması noyabrın 5-də saat 15:00-da "Azersun Arena"da baş tutacaq.
- ABŞ çempionatının ən dəyərli oyunçusu mükafatına namizədlər müəyyənləşib
- Donald Gerye: "Haitinin udacağını sizə demişdim"
- “Abşeron”un baş məşqçisi: “İlk “üçlük”də olmaya bilərik”
- "Araz-Naxçıvan" və "Omoniya"nın baş məşqçiləri jurnalistlər qarşısına çıxacaq
- Avrokuboklarda ən çox oynayan türkiyəli futbolçular
0
0