"Qarabağ" dayanmaq bilmir: NÖVBƏTİ TRANSFER GƏLİR
29.06.2026 - 15:21
"Qarabağ" dayanmaq bilmir: NÖVBƏTİ TRANSFER GƏLİR

"Qarabağ" transfer çalışmalarını davam etdirir.

"Apasport"un əldə etdiyi məlumata görə, klub heyətini daha bir futbolçu ilə gücləndirib.

Ağdam təmsilçisi Kevin Medinanın gedişindən sonra yaranan boşluğu yeni müdafiəçi ilə doldurub.

Arxa xətt oyunçusunun adı açıqlanmasa da, onun klubla müqavilə imzalamağa yaxın olduğu bildirilir.

Legioner futbolçunun yaxın günlərdə komandanın düşərgəsinə qoşulması gözlənilir.

Qeyd edək ki, Kevin Medina bu yay "Qarabağ"ı tərk edib. O, karyerasını Malayziya çempionatında çıxış edən "Yohor Darul Tazim"də davam etdirəcək.