“Qarabağ” “İmişli”yə qarşı - YENİLƏNİR
11.10.2026 - 16:00
“Qarabağ” “İmişli”yə qarşı - YENİLƏNİR

Bu gün Misli Premyer Liqasında VII tura yekun vurulacaq.

Apasport.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçiriləcək.

“Qarabağ” səfərdə “İmişli” ilə üz-üzə gələcək.

Qurban Qurbanovun komandası hazırda 13 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Ağdam təmsilçisi bu görüşdə qələbə qazanaraq lider “Neftçi” ilə xal fərqini aradan qaldırmağı hədəfləyir. Qeyd edək ki, “köhlən atlar”ın ehtiyatda bir oyunu da var.

Aktivində 4 xal olan və 9-cu pillədə qərarlaşan “İmişli” isə düşmə zonasından uzaqlaşmağa çalışacaq.

Görüşə saat 16:00-da start veriləcək.

Misli Premyer Liqası
VII tur

16:00. "İmişli" – "Qarabağ"
Yevlax şəhər stadionu

“İmişli”: 1. Yusif İmanov, 14. Bəxtiyar Həsənalızadə, 19. Azər Salahlı (k), 77. Fərid Nəbiyev, 5. İdris İnqilablı, 13. Rafael Vieqaş, 21. Ronaldo de Souza, 6. Yau Mozes, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 80. Deko

Ehtiyat oyunçular: 22. Sadiq Məmmədzadə, 17. Seyxan Fərəcov, 70. Mehdi Tahirov, 3. Tuncay Yusifli, 55. Murad Ələkbərov, 33. Əkbər Eyubov, 42. Sebai Senin

Baş məşqçi: Fərid Namazov

“Qarabağ”: 23. Martin Zlomisliç, 22. Musa Qurbanlı, 20. Kadi Borqes (k), 2. Mateus Silva, 5. Bruno Lanqa, 10. Joni Montiel, 25. Cebrail Makreçkis, 21. Aleksey Kaşuk, 7. Jali Muaddib, 35. Pedro Bikalyo, 4. Bense Varkonyi

Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov, 8. Marko Yankoviç, 29. Renaldo Sefas, 9. Zakaria Savo, 11. Reda Xadra, 88. Samuel Lobato

Baş məşqçi: Qurban Qurbanov