"Qarabağ" - “Şəfa" oyununun biletləri satışa çıxarılıb
15.09.2026 - 16:52
"Qarabağ" - “Şəfa" oyununun biletləri satışa çıxarılıb

Misli Premyer Liqasının VI turu çərçivəsində keçiriləcək "Qarabağ" - “Şəfa" oyununun biletləri satışa çıxarılıb.

Apasport.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir və 5-20 manat aralığındadır.

Azarkeşlər biletləri iTicket.az-da onlayn əldə edə bilərlər.

Oyun günü biletlər stadionun kassalarından və ya iTicket.az-da satışda olacaq.

Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç sentyabrın 18-i, saat 19:45-də start götürəcək.